Dünən Qurban Qurbanov PFL-in “yutub” kanalına açıqlamasında Qaspar Panaderonun onlara lazım olmadığını dilə gətirdi.
Görəsən, əvəzedici komanda ondan istifadə edəcək.
Football-plus.az olaraq bu məsələ ilə bağlı Cavad Mirzəyevə müraciət etdik.
Təcrübəli mütəxəssis ispaniyalının onlarla birgə məşq etməsi haqqında da danışıb:
"Qaspar Panadero xeyli vaxtdı bizimlə məşq edir. Futbolçu formasını bərpa etmək üçün burdadı. İstəyirik ki, onun yenidən əsas komandaya qazandıraq. İspaniyalı futbolçuya yoldaşlıq oyunlarında da şans verirəm. Rəhbərlik futbolçunu tam sərəncamımıza versə, onun rəsmi oyunlarda çıxışında maraqlı olsa, çempionatın 2-ci dövrəsində Qaspar Panaderoya şans vermək istəyərəm".