Misli premyer-liqasında fasilədi və klublar təlim-məşq toplanışına start verib.
Football-plus.az xəbər verir ki, "Zirə" hamıdan tez, yanvarın 2-dən Antalyadadı. Klubun mətbuat katibi Elmar Abdullazadədən əldə etdiyimiz bilgiyə görə, zədəli Filipe Paxtmanı nəzərə almasaq, qalan futbolçular baş məşqçi Rəşad Sadıqovun sərəncamındadı. Düşərgədə hələ ki baxışda olan futbolçu yoxdu.
Onu da xatırladaq ki, çempionatın ilk yarısı bitən kimi "qartallar" Təmkin Xəlilzadə ilə yolları ayırıb.
Qəsəbə təmsilçisi Türkiyə toplanışı çərçivəsində üç yoxlama matçı keçirəcək. Artıq rəqiblər də bəllidi. “Zirə” yanvarın 10-da Rumıniya "Çindia"sı, 17-də Macarıstan "Seged Çanada"sı və Makedoniya "Rabotniçki"siylə üz-üzə gələcək. Komanda ertəsi gün təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
ABDULLA İSMAYILOĞLU