• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elvin Məmmədov gəncləri “Şamaxı”ya səslədi

Manşet / Müsahibə

16-12-2022, 17:0

“Qış təlim-məşq toplanışının startına kimi sağalacam”


Misli premyer-liqasının 17-ci turu "Şamaxı" - "Zirə" qarşılaşmasıyla start götürdü. "Aslanlar"ın kapitanı Elvin Məmmədov zədə səbəbindən oyunu buraxırdı. Buna rəğmən, tribunada ayaqüstə komanda yoldaşlarını mübariz və ehtiyatlı oyuna səsləməklə diqqəti çəkirdi.

Football-plus.az olaraq fürsətdən yararlanıb oyundan sonra onunla danışdıq.

- Bu gün zədə səbəbindən matçda iştirak etmirdin. Zədən ciddidi?
- 10 gündü zədədən əziyyət çəkirəm. Şükürlər olsun, çox da ciddi deyil. Qış təlim-məşq toplanışının startına kimi sağalacam.

- Yəni "Neftçi"ylə növbəti görüşü də buraxacaqsan?
- Bəli.

- Amil Yunanov artıq komanda ilə məşqlərə başlayıb. Onun qayıdışı faydalı olacaq?
- İstənilən komandada təcrübəli futbolçuların sıraya dönməsində ancaq fayda var. Amilin potensialına yaxşı bələdik. İnanıram ki, qış toplanışında formasını tam bərpa etməklə komandamızdan köməyini əsirgəməyəcək.

- Bu gün kapitan yox, çılğın azarkeş kimi komandaya dəstək verdin…
- "Zirə" mükafatçılar sırasında yer almaq üçün çarpışan iddialı komandadı. Onlarla qarşılaşmanın ağır keçəcəyini bilirdik. Neçə oyun idi uduzmurduq, bu seriyanı davam etdirmək üçün alışıb-yanırdıq. Komanda yoldaşlarım meydanın hər qarışı uğrunda mübarizə apardı. Mən də onlara əlavə motivasiya vermək üçün bu gün kənardan dəstək olmağa çalışdım.

- Çempionatın ilk yarısının son turunda "Neftçi"ylə səfər oyununa çıxacaqsız. "Ağ-qaralar"dan da xal qoparmağı düşünürsüz?
- Biz hər oyuna final kimi baxırıq. "Neftçi" çempionatın ən güclü komandalarındandı. Amma biz onlara qarşı da mübarizə aparacağıq. Komanda şəklində döyüşsək, bütün rəqiblərdən xal və xallar qopara bilərik.

- Necə düşünürsən, qış fasiləsində yeni futbolçuların cəlb olunması komandanın gücünə güc qatacaq?
- Transfer çalışmaları rəhbərliyin və məşqçilərimizin səlahiyyətində olan işdi. Strategiyamız bəllidi, yerli futbolçularla çempionatda çıxış edəcəyik. Məhz buna görə də sizin vasitənizlə öz komandalarında əsasən ehtiyatda qalan gənc futbolçulara səslənirəm. Daha çox oynamaq, yaxşı forma yığmaq üçün “Şamaxı”ya keçsinlər. Komandamız gənclərin daha yaxşı performans göstərməsi və iddialı klublara transferi üçün ən yaxşı təcrübə bünövrəsidi.

- Dünya çempionatı sona yaxınlaşır. Səncə, hansı komandanın çempion olması realdı?
- Bu mundial sürprizlər, sensasiyalar ila diqqəti çəkir. Ona görə kimin daha şanslı olduğunu demək çətindi. Mən Argentinaya azarkeşlik edirəm.

- Heç kimin gözləmədiyi halda Mərakeş millisi güclü rəqibləri sıradan çıxarmaqla yarımfinala qədər irəliləyib. Nə vaxtsa Azərbaycan yığmasından da belə sıçrayış görə bilərik?
- Düzdü, çoxları Mərakeşdən belə yüksək performans gözləmirdi. Amma Afrika təmsilçisini zəif saymaq doğru olmaz. Onların heyətində İngiltərə premyer-liqasında çıxış edən oyunçular var. Odu ki, Mərakeş fiziki, texniki və psixoloji cəhətdən hazırlıqlı kollektivdi. Futbol xarakter, kişilik oyunudu. Millimizin son görüşlərinə nəzər yetirsək, inkişaf hiss olunur. İnanıram ki, bu inkişafı davam etdirsək, yaxın gələcəkdə böyük turnirlərə vəsiqə qazanacağıq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

22-08-2022, 11:0

Elvin Məmmədov ölkə çempionatları tarixində 9-cu oldu

Ölkə futbolu

16-07-2022, 21:0

Bu gecə Bakını tərk edəcəklər - AÇIQLAMA

Premyer-liqa / Manşet

27-11-2022, 15:0

“Turan Tovuz”un müdafiəçisi üçün il başa çatdı

Ölkə futbolu

5-08-2022, 21:0

"Deməzdim ki, komandam çempionata 100 faiz hazırdı" - Vüqar Əsgərli

Aktual
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Son xəbərlər
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə