Argentina millisinin düşərgəsindən şok xəbər yayılıb.
Football-plus.az xəbər verir ki, Lionel Messi dünya çempionatının final oyununda iştirak etməyə bilər. Belə ki, o, komandanın son məşqini buraxıb. 35 yaşlı hücumçunun sol ayağının bud nahiyəsində zədə var. Superulduz bu xəsarəti Xorvatiya ilə görüşdə (3:0) alıb.