Çempionluq mübarizəsində "Liverpul"a pul lazımdı

12.12.2022 18:39 290
DÇ 2026
Ceymi Karraqer "Liverpul" haqda səsləndirdiyi fikirlər İngiltərə mediasında gündəm olub.

Football-plus.az xəbər verir ki, "mersisaydlılar"ın sabiq müdafiəçisi klubun transferlərə çoxlu pul xərcləməli olduğunu dilə gətirib:

“Mançester Yunayted” və “Çelsi”yə baxın, hər iki klub yayda 250 milyon funt-sterlinqdən çox pul xərcləyib və onlar hələ də ilk 4-lük uğrunda mübarizə aparırlar. Çempionluqdan söhbət belə gedə bilməz. Bu, premyer-liqanın nə qədər çətin və rəqabətli olduğunu göstərir. Düşünürəm ki, Yurgen Kloppun "Liverpul"u çempionluq mübarizəsinə geri qaytarmaq üçün eyni məbləğə ehtiyacı var. Onlar ÇL-də və premyer-liqada qalib olmaq istəyirlər. "Liverpul"u yeniləmək və onları özünə gətirmək üçün çoxlu pul lazımdı".



"