Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirov karyerasını bərpa edir.
Football-plus.az xəbər verir ki, veteran futbolçu Region Liqasında çıxış edən klubların birində çıxış edə bilər. Söhbət "Qobustan"dan gedir. Klubla "Qarabağ"ın sabiq hücumçusu arasında danışıqlar gedir. Razılaşma əldə olunacağı təqdirdə, Vüqar Nadirov Region Liqasının 2-ci dövrəsindən "Qobustan"ın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, forvard karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, "Səbail" kimi klublarda çıxış edib. Vüqar milli komandamızın heyətində 61 oyun keçirib.