Dünya çempionatında azarkeşlər arasında mini-futbol yarışı təşkil edilib. Artıq turnirin qalibi məlumdu.
Football-plus.az xəbər verir ki, mundialda iştirak edən 32 ölkədən olan futbolsevərlər DÇ-2022-nin formatı əsasında mübarizə aparıblar. 4 gün davam edən yarışın oyunları mundialın əsas fan-zonası ərazisindəki mini-futbol meydançalarında keçirilib. Hər komandada 5 oyunçu çıxış edib. Yaşı 18-dən yuxarı olan oyunçuların təmsil etdikləri ölkələrin vətəndaşı olması şərt kimi müəyyən edilib.
Finalda Serbiyaya 4:0 hesabıyla qalib gələn polşalı fanatlar mini-futbol yarışının qalib olublar.