Almaniya millisi tarixində antirekorda imza atıb.
"Football-plus.az" "Opta"ya istinadən xəbər verir ki, bu, ötən gün DÇ-2022-nin 2-ci turunda İspaniya ilə matçda reallaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
İlk turda Yaponiyaya 1:2 hesabı ilə uduzan Almaniya millisi tarixində ilk dəfə mundialların ilk 2 oyununda qalib gələ bilməyib.
Üstəlik, almanlar 2022-ci ildə keçirdiyi 8 rəsmi matçın heç birində qapısını qolsuz saxlamağı bacarmayıb.
Qeyd edək ki, Almaniya millisi hazırda E qrupunda 1 xalla sonuncudu. Komanda qrup mərhələsində 3-cü tur görüşünü dekabrın 1-i Kosta Rikaya qarşı keçirəcək.