DFİ FİFA-dan çıxa bilər

24.11.2022 13:57 350
Dünya futbolu
Danimarka Futbol İttifaqı (DFİ) FİFA-dan çıxa bilər. Bunu qurumun prezidenti Yesper Möller bildirib.

Football-plus.az xəbər verir ki, bir neçə gün əvvəl FİFA Danimarka yığmasının meydana üzərində “İnsan hüquqları hamı üçündü” şüarı yazılan forma ilə çıxmasına razılıq verməyib. Ali futbol qurumu bu tip yazıların rəsmi turnirlərdə nümayişini çoxdan yasaqlayıb. Möller isə Qətərdə mundiala hazırlıq prosesində görülən inşaat işləri zamanı mühacir işçilərin hüquqlarının kobud şəkildə pozulması fonunda FİFA-nın yürütdüyü siyasəti tənqid edib. O, DFİ-nin gələn ilə təyin olunan prezident seçkisində Canni İnfantinonu dəstəkləməyəcəyini də bildirib:

“Hələ ki FİFA-dan çıxmaqla bağlı qərar verməmişik. Onu da deyim ki, bu mövzunu Skandnaviya regionunda avqustdan müzakirə edirik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul