FİFA növbəti qadağaya əl atdı

22.11.2022 11:35 328
Dünya futbolu
FİFA dünya çempionatında növbəti qadağaya əl atıb.

"Football-plus.az" xəbər verir ki, komandaların kapitanları meydana göy qurşağı təsviri olan sarğı ilə çıxa bilməyəcəklər.

Bir müddət əvvəl Avropanın bir sıra ölkələrinin (İngiltərə, Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Uels) federasiyaları Qətərdə insan hüquqlarının pozulmasına görə cinsi azlıqlara dəstək məqsədi ilə kapitanların “OneLove” kampaniyası çərçivəsində meydana göy qurşağı təsviri olan sarğılarla daxil olmasının planlaşdırıldığını bəyan etmişdi. Lakin FİFA DÇ-2022 zamanı komandalara bu sarğıdan istifadəni qadağan edib. Bu qadağanı pozan kapitan matç başlayan kimi sarı vərəqə ilə cəzalandırılacaq.

İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Mark Bullingem milli komandanın kapitanı Harri Keynin İranla dünən keçirilən matça (6:2) həmin sarğı ilə çıxmaq istədiyini gizlətməyib:

“Bu mövzuda FİFA ilə görüşlərimiz oldu. Biz həqiqətən də həmin sarğıdan istifadə etmək istəyirik. Amma onun nəticələrini də düşünməliyik. Adətən, belə vəziyyətlərdə maddi cərimə ödəməyə hazırıq. Amma idman sanksiyaları təhlükəsi realdısa, biz buna da baxmalı, bir addım geri çəkilməli və dəyərlərimizi nümayiş etdirməyin başqa yolunu düşünməliyik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul