DÇ öncəsi Argentinada itki

18.11.2022 11:18 325
DÇ 2026
Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, yığmanın hücumçusu Xoakin Korrea sıradan çıxıb. "İnter"də çıxış edən hücumçu zədə səbəbindən mundialı buraxacaq.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.