“Verona”nın uğursuz seriyası davam edir.
A seriyasında keçirdiyi son 10 oyunda xal qazana bilməyən komanda 20-ci yerdə “möhkəmlənib”. “İtlər” çempionatda sonuncu dəfə sentyabrın 4-də “Sampdoriya”ya uduzmayıblar. Onların 2:1 hesablı yeganə qələbəsi məhz genuyalılarla ev oyununda qeydə alınıb. “Verona”nın son 10 məğlubiyyətindən 6-sı Salvatore Bokkettinin başçılğı altında qeydə alınıb. “Spartak”ın sabiq müdafiəçisi baş məşqçi vəzifəsinə oktyabrın 13-də təyinat alıb.
Maraqlıdı ki, rəhbərlik bundan bir həftə sonra onunla müqaviləni yeniləsə də, məğlubiyyətlərin ardı-arası kəsilmir...