“Milan”a yenə lazım olmadı

21.07.2022 21:51 323
Dünya futbolu
Mattia Kaldara “Milan”ı növbəti dəfə tərk edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionu futbolçusu yenə icarəyə verib. 28 yaşlı müdafiəçi karyerasını “Spetsiya”da davam etdirəcək. Onunla birillik müqavilə imzalanıb. Qeyd edək ki, Kaldara 2018-ci ilin yayından “Milan”a məxsusdu. Ötən müddətdə icarə statusu ilə “Atalanta” və “Venetsiya”da oynayan Mattia qırmızı-qara formanı A seriyasında geymək şansı qazanmayıb.