Mbappeyə görə narahat olmayın!

7.11.2022 13:52 388
Dünya futbolu
PSJ-nin baş məşqçisi Kristof Qaltye komandasının əsas ulduzu Kilian Mbappenin sağlıq durumu ilə bağlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, 14-cü turun “Loryan”la oyununda əzələ ağrısı hiss edən gənc ulduz 85-ci dəqiqədə əvəzlənib:

“Ciddi bir şey deyil. Benzema haqda xəbəri öyrəndik, ancaq Kilianın ciddi problemi yoxdu. Daim oynayır və belə vəziyyətdə risk etməyə əsas yoxdu, əvəzlənməsi yaxşıdı. Əlbəttə, Kilianı meydanda saxlamaq olardı, ancaq belədə uzun müddətə sıradan çıxmaq ehtimalı var idi”.


Mbappe cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 18 qol vurub və 5 məhsuldar ötürmə verib.