“Qəbələ” AFFA-ya şikayət edəcək? – AÇIQLAMA

3.11.2022 19:51 379
Premyer-liqa / Manşet
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. Cəzalanan klublar arasında “Qəbələ”də var.

Komitə üzvlərinin qərarına əsasən, “Sabah”la matçda “qırmızı-qaralar”ın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə görə “Qəbələ”nin azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. Yəni, noyabrın 5-də Qəbələdə keçiriləcək “Zirə” ilə matçda Elmar Baxşıyevin çalışdırdığı komanda “12-ci oyunçu”nun dəstəyindən məhrum olacaq.

Məsələ ilə bağlı “Football-plus.az” saytına açıqlama verən klubun mətbuat katibi Anar Hacı qərarın sərt olduğunu bildirsə də, barışdıqlarını söylədi:

“Yetərincə sərt qərarlardı. İstər maddi planda, istərsə də azarkeşlərimizlə bağlı. Növbəti turda azarkeşlərimizin dəstəyindən məhrum olacağıq ki, buna görə məyusuq. Ancaq etiraz etmək, apellyasiya şikayəti vermək fikrimiz yoxdu”.

RƏŞAD