“Barselona”nın rəqiblərini qəbul etdiyi “Nou Kamp”da terror aktına cəhdin üstü açılıb. Bu məlumatı “AS” yayıb.
İspaniyanın populyar idman qəzetinin yazdığına görə, terror aktı “Barselona” və “Real” arasında keçirilən oyunlardan birində törətmək planlaşdırılıb. Bu işdə şübhəli sayılan Məhəmməd Yasin Amrani artıq həbs olunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib. Məlumatda bildirildiyinə görə, prokurorlar əvvəlcə terror təşkilatları ilə əlaqəsinə görə Amraninin 9 illik həbsini istəyiblər. O, 2020-ci ildə özünü radikallaşdırma prosesinə başlayıb və istintaq prosesində onun planlaşdırılan hücumlar barədə onlayn fəaliyyəti araşdırılıb.