“Fənərbaxça”dan sonra Mahir Emrelinin komandası

28.10.2022 19:50 1 881
Ölkə futbolu / Çempionlar Liqası
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Milan” səfərdə “Dinamo”nu (Zaqreb) 4:0 hesabı ilə darmadağın etdi.

Football-plus.az xəbər verir ki, “qırmızı qaralar” turnirdə rəqib meydanında 17 ildən sonra ilk dəfə 4 qol vurdu. İtaliyanın son çempionu sonuncu dəfə 2005-ci il noyabrın 23-də İstanbulda “Fənərbaxça”nın da qapısından 4 cavabsız top keçirmişdi.

Ümumiyyətlə, “Milan” ən nüfuzlu klub turnirində 4 səfər oyununda qapıya 4 dəfə yol tapa bilib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli “Dinamo”da (Zaqreb) çıxış edir.