“Oser”də baş məşqçi problemi yoluna qoyulub. Komanda Kristof Pelissyeyə həvalə olunub.
Onunla “2+1 il” sxemi üzrə müqavilə bağlanılıb. Pelissye Fransa çempionatının 10-cu turunda “Klermon”a məğlubiyyətdən (1:2) sonra istefaya göndərilən Jan-Mark Furlana xələf olub. Komandaya Liqa 1-in son iki oyununda müvəqqəti olaraq Mişel Padovani rəhbərlik edib. “Oser” hazırda Liqa 1-də 12 oyuna 9 xalla 20 iştirakçı arasında 18-ci yeri tutur.