Modriç üçün əlamətdar tur

26.10.2022 19:15 310
Dünya futbolu
İspaniya La Liqasının 11-ci turunda “Real” “Sevilya”nı 3:1 hesabı ilə məğlub etdi.

Football-plus.az xəbər verir ki, görüş Luka Modriç üçün əlamətdar olub. Xorvatiyalı yarımmüdafiəçi “Real”ın heyətində keçirdiyi oyunların sayını 450-yə çatdırdı.

37 yaşlı futbolçu bu görüşlərdə “qol+ötürmə” sistemi üzrə 108 (34+74) xal toplayıb.