İspaniya çempionatının “Sevilya” ilə oyunu (3:1) Luka Modriç üçün əlamətdar olub.
37 yaşlı yarımmüdafiəçi “Real”da keçirdiyi 450-ci oyununda qol vurub. Xorvat futbolçu ağ futbolkada indiyədək 34 qolun və 78 məhsuldar ötürmənin müəllifi olub. Modriç Madrid klubunda 2012-ci ildən çıxış edir.