Van Basten Neymarı “iyrənc” adlandırdı

18.10.2022 17:34 400
Dünya futbolu
Marko van Basten Neymarla bağlı maraqlı açıqlama verib.

Football-plus.az xəbər verir ki, niderland yığmasının sabiq hücumçusu PSJ-nin braziliyalı oyunçusunu meydanda təxribatçı kimi qələmə verib:

“Neymar əsl inləyəndi. O, özünü həmişə təxribatçı kimi aparır. Bir saniyə ərzində əvvəlcə rəqibinə qarşı kobud oynayır, sonra isə hamıya özünü qurban kimi göstərməyə çalışır. O, meydanda iyrənc adamdı! Ona nə badə toxunmaq olmaz. Meydanda bu baxımdan onun öhdəsindən gələn tapılsa, həmin futbolçunu alqışlayaram”.