Ovusu "Olimpiakos"a vurduğu qolu bu şəxsə həsr etdi
Avropa Liqası
8-10-2022, 18:0
“Qarabağ”ın futbolçusu Ovusu Kvabena instaqram hesabında paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, qanalı hücumçu “Olimpiakos”la görüşdən fotosunu paylaşaraq, vurduğu qolu da Qana millisinin sabiq üzvü Asamoa Qyana həsr etdiyini bildirib:
“Mən təvazökarlıqla bu qolu əfsanəvi Asamoa Qyana həsr edirəm. Hər zaman sizi qürurlandıracağam. İrəliyə davam”.