"Olimpiakos"un futbolçusu Andreas Buxalakis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a uduzduqları görüşü şərh edib.
"Football-plus.az" xəbər verir ki, yunan müdafiəçi 0:3 hesabıyla başa çatan oyunla bağlı bunları deyib:
Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdu. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdi".