Əfran İsmayılovun durumu bəlli oldu

3.10.2022 19:30 360
Premyer-liqa
"Sumqayıt" ilə oyun öncəsi məşqdə zədələnən Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

Əzələsi dartılan yarımmüdafiəçi təxminən 10 gün məşq edə bilməyəcək. Bu müddətdə futbolçu müalicə və bərpa prosesi keçəcək.