Kökçü niyə Koekcue kimi təqdim olunur?

2.10.2022 22:30 411
Yığma / Manşet
Ozan Can Kökçü Millətlər Liqasının son iki oyununa start heyətində çıxdı.

Ümumilikdə pis təsir bağışlamasa da, daha çox formasının arxasındakı yazı ilə müzakirə mövzusu oldu. Belə ki, Niderland “Eyndhoven”ində çıxış edən futbolçunun soyadı “Kökçü” yox, “Koekcue” şəklində yazılmışdı.

Bunun səbəbini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələylə bağlı bunları söylədi:
“Beynəlxalq oyunlarda formaların üzərində olan yazılar futbolçunun UEFA-ya təqdim olunan müvafiq sənədində göstərilən qaydada yazılır. Yəni sənəddə, pasportda necə yazılıbsa, futbolkanın üzərindəki ilə eyni olmalıdı. Futbolçuların siyahısı UEFA-nın sisteminə daxil olunanda pasportla tutuşdurulur. Ozan Can Kökçünün formasının arxasındakı yazının elə olmasının səbəbi budu”.


ŞAİR ABDULLA