Millimizin keçmiş üzvü "Eyndhoven"də

6.08.2022 16:09 442
Dünya futbolu
Azərbaycan milli komandasının keçmiş futbolçusu Ozan Can Kökçü klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu "Telstar"dan digər 2-ci Liqa təmsilçisi "Eyndhoven"ə keçib. Tərəflər 2 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Ozan Can Kökçü əvvəllər Azərbaycanda "Sabah" komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.