Bir neçə gün əvvəl Romelu Lukakunun məşqə başlamısı “İnter”in məşqçilərini sevindirmişdi. Lakin...
Komandanın aparıcı hücumçusu zədə səbəbindən bir aydan çox müddətdə yaşıl meydanlardan uzaq düşmüşdü. Belçikalı futbolçunun sentyabrın 28-dən ümumi qrupa qoşulacağı gözlənilsə də, o, hələ də fərdi məşqlərlə kifayətlənir. Baş məşqçi Simone İnzaqi bu mövsüm milanlılara A seriyasında yalnız 3 oyunda kömək edib 1 qol vuran Lukakunun qarşıdakı iki oyunda “Barselona” və “Sassuolo”ya qarşı meydana çıxmaq şansının olmadığını bildirib.