• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbol adamları De Byazinin qovulmasının tərəfdarıdı - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

30-09-2022, 17:0

Yığmanın Millətlər Liqasında ardıcıl 3 oyunda qalib gəlməsi futbol ictimaiyyətini iki yerə bölüb.

İndi hamını bir sual düşündürür: oktyabrın 1-dən sonra Canni de Byazi postunda qalmalı, yoxsa millinin “sükanı” yeni baş məşqçiyə tapşırılmalıdı? Bəziləri artıq onun missiyasının başa çatdığını, ölkənin əsas komandasını qarşıya qoyulan hədəfə çatdıra bilməməsi səbəbindən postundan getməli olduğunu deyirsə, bir qism də var ki, italiyalı mütəxəssisə növbəti tskildə şans verilməsinin tərəfdarıdı.

Görəsən, futbol veteranları bu mövzu barədə nə düşünür? Bu məqsədlə öncə vaxtilə yığmanın şərəfini qoruyan, karyerasını başa vurandan sonra “Sumqayıt”, “Neftçi” və “Keşlə”nin idman direktoru vəzifəsini icra edən Ceyhun Sultqanovla əlaqə saxladıq:

“Bununla bağlı fikirlərimi mətbuata bildirmişəm. Yenə deyirəm, Canni de Byazinin Azərbaycanda qalması, yığmada işini davam etdirməsi ölkə futboluna heç nə verməyəcək. Təbii ki, qalmağı düzgün addım olmaz. Bundan öncə də, müqaviləsinin müddəti bitəndə demişdim ki, bunun heç bir xeyri olmayacaq. İndi bəziləri deyir ki, zaman lazımdı, yavaş-yavaş nəticələr gələcək. Hamısı boş söhbətlərdi, onun burda qalması kimlərinsə maraqlarına xidmət edəcək. Məşqçinin qarşısına qrupdan çıxmaq məqsədi qoyulubsa və bunu bacarmayıbsa, əlbəttə, yeni anlaşma təklif olunmamalıdı. Qazaxıstan qrup qalibi oldu. Yüzminlər xərcləyib dəvət etdiyimiz baş məşqçinin çalışdırdığı komanda isə hədəfə çata bilmədi. Özünüz də bilirsiz və yazırsız ki, əcnəbi məşqçilər yığmaya heç nə qazandırmayacaq. 15 ildi xaricdən bu adla məşqçi gətirilir, amma ortada heç nə yoxdu. De Byazi qalsa, dəyişən bir şey olmayacaq. Slovakiya və Qazaxıstana lazım olmayan oyunlardakı qələbələri şişirdib, uzağı uşağı aldadarsan. İtaliyalını saxlamaq çox böyük səhv olar. Qrup ikinciliyini uğur sayanlar və buna görə onun qalmasını istəyənlər niyə eyni nəticəni göstərən Qurban Qurbanova vaxt verilməsinə razı olmadı? Bu gün yığmanı çalışdırmağa ən layiqli namizəd Qurban Qurbanovdu. Yetərincə beynəlxalq təcrübəsi var, bütün futbolçuları yaxşı tanıyır, oyun üslubu var. Bu vəziyyətdə ən yaxşı xarici məşqçidən də Qurban Qurbanov daha doğru, uğurlu seçim olar. İkinci namizəd kimi isə Rəşad Sadıqovun adını çəkə bilərəm. Artıq o da müəyyən təcrübə qazanıb, ən vacibi isə nüfuzu var. Yığmanı çalışdıran mütəxəssisin kollektiv arasında mütləq nüfuzu olmalıdı və futbolçular onu qəbul etməlidi. Futbolçu məşqçini istəməlidi. Yox, 3 nəfər istəyir, 2 nəfər istəmirsə, belədə heç vaxt uğur qazanmaq mümkün deyil. Bu gün Qara Qarayev kimi ölkənin aparıcı futbolçularından birini küsdürüblər... Birdəfəlik əcnəbi sevgisindən əl çəkmək lazımdı. De Byazidən əvvəl kim idi? Nikola Yurçeviç. Həyatımda onun kimi zəif məşqçi görməmişəm. Azərbaycanın istənilən məşqçisi ondan güclüdü. Belə birini gətirib millinin baş məşqçisi qoydular. Heç kim də soruşmur ki, bunu kim və niyə gətirdi? Tsikldə 3 oyun udacaq, yalandan tərif yağdırılacaq ki, əla, 2-ci yer tutduq, inkişaf var. Gözdən pərdə asıb növbəti mərhələni də yola verəcəklər. Ona görə də həqiqətən uğur istəyirlərsə, yerli məşqçi, konkret Qurban Qurbanovu gətirməlidilər. O imtina etsə, o zaman Rəşad Sadıqovu. Həm nüfuzuna, həm də məşqçilik qabiliyyətinə görə”
. 

Veteran futbolçu Maşallah Əhmədov da italiyalı mütəxəssislə müqavilə müddətinin uzadılmasının səhv qərar olacağını söylədi:

“Canni de Byazi kimi aldadır? Futbola azarkeş kimi baxanlara şirin nağıllar danışa bilər, ancaq mənim kimi peşəkara bu nağıllar keçməz. O yığmanın məşqçisi ola bilər, millinin yox. O komandanın ki, ordan-burdan futbolçu gətirib oynadırlar. Qazaxıstanla matçdan sonra özündən çox razı görünürdü. Sən nə etmisən ki, belə yekə-yekə danışırsan? Qazaxıstan turnir vəzifəsini həll etmişdi, ona görə də bizimlə oyuna boşalmış halda çıxdı. Belarus futbolu bu gün tənəzzül yaşayır. Slovakiyada isə nəsildəyişmə gedir. Və ən əsası, sənin baş məşqçi olduğun komanda qarşıya qoyulan məqsədə çatmayıb. Özü deməlidi ki, mən daha burda işləmirəm. Utanmadan oktyabrın 1-ni nişan verir. Məndən olsa, 24 saat vaxt verərəm ki, ölkəni tərk etsin. Qurban Qurbanovun dönəmində də milli qrup ikincisi olmuşdu. Ancaq onda Qurban müəllim bunun kimi özündənrazı açıqlamalar verməmişdi. Fikrimcə, ölkənin əsas komandasının çalışdırıcısı yerli mütəxəssis olmalıdı. Əks halda biz çox belə illəri boşa verəcəyik”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

27-09-2022, 21:0

“Mən nə AFFA rəhbərliyindən, nə də baş məşqçidən belə açıqlama eşitmişəm”

Aktual / Manşet

29-09-2022, 14:0

“Yığmanın “sükanı arxasında” yerli, gənc mütəxəssislər olmalıdı” - Aslan Kərimov

Aktual / Manşet

20-09-2022, 14:0

“De Byazi üçün CV-si millidən daha maraqlıdı” - AÇIQLAMA

Yığma / Manşet

13-09-2022, 19:0

De Byazinin milli komanda ilə bağlı planı - ÖZƏL

Aktual
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Son xəbərlər
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə