Yeni mövsümdən 1-ci divizionda çıxış edən "Zaqatala" ev oyunlarını Olimpiya İdman Kompleksində keçirir.
Klub bunun üçün kompleksə illik 50 min manat icarə haqqı ödəyir. Mövcud maliyyə problemlərinə görə isə AFFA bu ödənişi öz üzərinə götürmüşdü. Lakin federasiya bu ildən köçürməni dayandırıb. Klubdan aldığımız məlumata görə, məbləğin bir hissəsi köçürülüb. Qalanı isə bu həftə ərzində köçürülməliydi.
Görəsən, bu məsələ həllini tapıb? Bu haqda məlumat almaq üçün klubun icraçı direktoru İlham Ərəbova müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu: