"İnter"də ayrılıq baş verəcək.
Milan klubunun hücumçusu Edin Dzeko cari mövsümün sonunda komandanı tərk edəcək. Bosniyalının "neradzurri" ilə müqaviləsi gələn ilin yayında başa çatır. Çox güman ki, tərəflər sözləşməni yeniləməyəcək.
Futbolçu ilə bir sıra Avropa, o cümlədən MLS və Səudiyyə Ərəbistanı klubları maraqlanır. Müqavilənin uzadılması məsələsinə Qətərdə keçiriləcək dünya çempionatından sonra baxılacaq.