Sent-Luisdəki (ABŞ) “Champions Showdown-2022” başa çatıb.
Football-plus.az xəbər verir ki,, Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Əlireza Firuzja (Fransa), Petr Svidler, Yan Nepomniaxçi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak etdiyi turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 3 turun oyunu keçirib. O, 6 xal toplayaraq üçüncü yeri tutub.
Məmmədyarov - Dominqes 1:0
Svidler - Məmmədyarov 1:0
Məmmədyarov - Aronyan 0,5:0,5
Firuzja 1-ci, Karuana isə 2-ci yerdədir (hərəyə 6,5 xal). Mükafat fondu 150 min ABŞ dolları olan yarışda qalib 37 500 dollar qazanacaq. Şəhriyar Məmmədyarov isə 17 500 ABŞ dolları əldə edib.