Qərb derbisinin vaxtı bəlli oldu

30.08.2022 13:43 411
Premyer-liqa
Misli premyer-liqasında 6-cı turun oyun cədvəli məlum olub.

Football-plus.az xəbər verir ki, bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.

Qarşılaşmalar üç günü əhatə edəcək. Sentyabrın 9-da bütün diqqətlər "Turan Tovuz" və "Kəpəz" arasında keçiriləcək Qərb derbisinə yönələcək. Görüş saat 16.30-da başlanacaq.

Ertəsi gün "Qəbələ" - "Neftçi", sentyabrın 11-də isə "Qarabağ" - "Sabah" qarşılaşmaları daha böyük maraqla izləniləcək.

9 sentyabr (cümə)

16.30. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

10 sentyabr (şənbə)

18.00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

20.30. “Səbail” – “Zirə”
“ASCO Arena”

11 sentyabr (bazar)

18.00. “Sumqayıt” – “Şamaxı”
“Kapital Bank Arena”

20.30. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, 5-ci tur 1 - 4 sentyabrda keçiriləcək