“Qarabağ” tanınmış hücumçu ilə maraqlanır

6.09.2022 15:33 1 027
Ölkə futbolu / Manşet
İbrahima Vacinin gedişindən sonra transfer edə bilməyən “Qarabağ” daha bir azad agent statusuna malik futbolçu ilə maraqlanır.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi "Spartak"ın futbolçusu Ze Luişu transfer etmək niyyətindədi. Kabo-Verdedən olan 31 yaşlı hücumçu "Spartak” və "Lokomotiv"in, "Portu", "Braqa", “Jil Vesente”, “Videoton” kimi klubların şərəfini qoruyub. Son iş yeri isə Səudiyyə Ərəbistan təmsilçisi "Əl Taavon" olub. 1,84 m boya malik forvardın "transfermarkt"də qiyməti 1,5 milyon avrodu.

Qeyd edək ki, Ze Luiş karyerası ərzində meydana çıxdığı 303 görüşdə 97 qol vurub, 40 məhsuldar ötürmə edib.

İLKİN SULTANLI