• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qardaşı məşhur futbolçudan 13 milyon avro qoparmaq üçün silahlı dəstə yaradıb

Dünya futbolu

2-09-2022, 17:0

Pol Poqbanın ailəsində və ətrafında qəribə hadisələr baş verməkdədi.

Belə ki, “Yuventus”un oyunçusunun qardaşı gözlənilmədən videomüraciət yayaraq, Pol, agenti Rafaela Pimenta və Kilian Mbappe ilə bağlı bəzi təfərrüatlar açıqlayacağını vəd edib. Onun dediyinə görə, informasiyaları səs-küy doğuracaq. Polun vəkilləri onun, anasının və Pimentanın adından bəyanat yaydılar. Bəyanatda deyilir ki, Matia Poqbanın sosial şəbəkələrdə yayılan müraciəti onları təəccübləndirməyib və mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində təhdid və dələduzluq cəhdlərinə əlavədi. İtaliya və Fransanın müvafiq orqanları artıq məsələni araşdırır.

Tezliklə “France Info” polisdəki qaynaqlara istinadla işin təfərrüatını bölüşdü. Çox cəlbedici detallar var.

• Pol polisə danışıb ki, hələ martda onun uşaqlıq dostları və iki silahlı kişi Parisdəki evində 13 milyon avro ödəməyi tələb ediblər. Cinayətkarların fikrincə, Poqba peşəkar futbolçu karyerasına başlayandan sonra onlara yardımı dayandırıb. Poldan pulu “göstərilən xidmətlərə” görə tələb ediblər – guya bu adamlar son 13 il ərzində xavbeki məxfi şəkildə qoruyublar. “Yuve”nin oyunçusu iddia edir ki, həmin söhbətin ardından qardaşı Matiadan və uşaqlıq dostlarından təhdidlər alıb.

• Pol qardaşının cinayətkar qruplaşmaya bağlılığından iyulda xəbər tutub. Parisdəki insidentdən sonra da soyğunçuları bir neçə dəfə, o cümlədən “Yuventus”un Turindəki bazasının yerləşdiyi rayonda da görüb. Məhz həmin vaxt bilib ki, Matia da qrupa daxildi. Pol “Yuve”nin hüquqşünasına müraciət edib, o isə polisə üz tutub.

• Pol polis əməkdaşlarına onu da deyib ki, uşaqlıq dostlarına həmişə yardım edib. Ta ki bu ili yanvarına – onlardan birinin Mançesterdəki evindən bank kartından 200 min avro oğurladığına görə qovana qədər.

• Bəs Mbappenin məsələyə nə dəxli? Onun adı baş rolda olmasa da, süjetin vacib hissəsidi. Soyğunçular guya Poqbanın şamandan Kilianı lənətləməyi xahiş etdiyi haqda tarixçəni danışacaqlar. Pol bu ittihamı rədd edir, prokurorluq isə mütəşəkkil qruplaşmanın günahlarının üzərinə “şantaj cəhdi”ni də əlavə edib.

Poqbanın qardaşı şamanın adını deməyə hazırdı

Matia sosial şəbəkələrdə daha bir bəyanat yayaraq, Polun müraciət etdiyi şamanın adını bildiyini deyib: “Ha-ha-ha, gözlədiyim oldu: kiçik qardaşım, nəhayət, gerçək üzünü göstərməyə başlayır. Məhz o polisə yalan deməyə başlayıb, hər şeydə məni suçlaya bilməzsiz. Pavel Nedved (“Yuve”nin vitse-prezidentinə üz tutur – red.), siz həqiqətən ağzımı yummaq istəyirdiz ki, yalan danışım və məhbəsə yollanım. Hər şey danışdığım kimi olub və sizdən fərqli mənim dediklərimi təsdiq etmək, yalanınızı üzə çıxarmaq üçün yetərincə sübutum var. Sənə bir daha deyirəm: qardaş, adamlarla manipulyasiya etmək yaxşı deyil! Söhbət puldan getmir: sən məni bu işin içinə çəkdin, az qala sənin üzündən öləcəkdim, məni uçuruma atdın, aradan suçsuz çıxmaq istəyirsən. Hər şey deyiləndən sonra adamlar görəcək ki, bu dünyada səndən böyük qorxaq, səndən böyük satqın və səndən böyük ikiüzlü yoxdu. Kilian, indi sən anladın? Sənə pis heç nə arzulamıram, sözlərim yalnız sənin xeyrinədi, axı bu həqiqətdi, sübutum da var, şaman məlumdu. Öz qardaşıma, cadugarlığa sığınan əldəqayırma müsəlmana görə heyifsilənirəm. Yanımda belə ikiüzlü və satqın adamın olması qorxuncdu”.

Bəs Mbappe nə deyir?

Fransa qaynaqları xəbər verir ki, Kilian adı ətrafında gəzən belə söz-söhbətə görə çox narahatdı. Fransa yığmasının bir neçə oyunçusu və məşqçilər korpusunun üzvü vəziyyəti aydınlaşdırmaq üçün ona zəng ediblər. Komandada mümkün lənətləmə söhbəti informasiya mediaya sızana qədər müzakirə olunub. Maraqlıdı ki, həmin vaxt “Mançester Yunayted”in şərəfini qoruyan Poqba hadisə ilə bağlı öz versiyasını danışmaq üçün PSJ-nin hücumçusu ilə əlaqə saxlamağı lazım bilməyib.

Mbappe hadisələrin axarını izləyir, Poqbanın həqiqətən onu lənətləməyə cəhd etməsi ilə bağlı ciddi sübutlar ortaya çıxarsa, hansısa tədbir görə bilər.
Yaza qədər qardaşların arasından su keçmirdi

Yəqin Polun qardaşının da futbolçu olduğunu bilirsiz. 32 yaşlı Matia ötən mövsümü Fransa çempionatının 4-cü divizionunda mübarizə aparan “Belfor”da keçirib, zədə üzündən yalnız 12 oyuna çıxıb. Bu ilin yazına qədər hər kəs belə hesab edirdi ki, qardaşlar çox yaxındı və həmişə birgə olmağa çalışırlar. Məsələn, Matia yığmanın hər oyununda ailənin qalan üzvləri ilə birgə tribunada olurdu. O, Polun “Mançester Yunayted”i tərk etməli olduğu ilə bağlı ideyanı qızğın şəkildə dəstəkləyirdi, qardaşının “Real”a keçidini arzulayırdı. Elə martın 20-də Matia Parisdəki dəbdəbəli “Shangri-la” otelində özünün “48 H POUR” xeyriyyə fondu üçün tədbir keçirdi. Pol qurumun əsas sponsorlarından biridi, həmin tədbirdə də iştirak etdi, yəni martın sonunda münasibətləri qaydasında idi. İndi isə ailə parçalanma ərəfəsindədi. İctimaiyyət önündə səslənən belə ittihamlardan sonra çətin ki hamını bir arada tutmaq mümkün ola.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2022, 13:0

Poqba qardaşları arasında böyük qalmaqal

Dünya futbolu

10-07-2022, 21:0

Poqbanın təqdimatı bazar ertəsi olacaq

Dünya futbolu

21-05-2022, 13:0

Poqba sabiq klubu ilə anlaşdı

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə