Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi ikinci yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik olub.
Football-plus.az xəbər verir ki, öncədən nəzərdə tutulduğu kimi, görüşü Əkbər Əhmədov idarə etməyəcək.
Onun əvəzinə İslam Məmmədov avqustun 30-da baş tutacaq matçda ədalət təmsilçisi olacaq. Ona Cahangir Yusifzadə və Sənan Atayev köməklik göstərəcəksə, Tural İbrahimov ehtiyat hakim funksiyasını icra edəcək.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Türkiyə oyunu saat 19.00-da başlayacaq.