Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət milli komandamızın və Qəbələdə hazırlıq keçən U-19 yığmamızın müvafiq olaraq Özbəkistanın və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb.
Azərbaycan U-20 – Özbəkistan U-20
5 iyun. Bakı Olimpiya Stadionu, ehtiyat meydançası. Saat 19.00
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Azərbaycan U-20 – Özbəkistan U-20
7 iyun. Bakı Olimpiya Stadionu, ehtiyat meydançası. Saat 19.00
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Əli Əliyev
Azərbaycan U-19 – Qazaxıstan U-19
7 iyun. Qəbələ şəhər stadionu. Saat 17.00
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rəhman İmam, Tural Qurbanov
Azərbaycan U-19 – Qazaxıstan U-19
10 iyun. Qəbələ şəhər stadionu. Saat 12.00
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov