Millimizin oyunlarını bu hakimlər idarə edəcək

28.07.2022 11:27 490
Yığma
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən təyinatları təqdim edir:

Azərbaycan U-19 – Belarus U-19

29 iyul. Bakı Olimpiya Stadionu, ehtiyat meydança. Saat 18.30
Hakimlər: Kamal Umudlu, Cəmil Quliyev, Eyyub İbrahimov, Emin Əliyev

Azərbaycan U-19 – Belarus U-19

31 iyul. Dalğa Arena. Saat 18.30
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Kamran Əliyev