Luka Yoviçin “Real”dan “Fiorentina”ya transferi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, serb hücumçu İtaliya klubu ilə “2+2 il” sxemi üzrə müqavilə imzalayıb. Yoviç florensiyalıların sıralarına havayı keçib. Madrid klubu bunun əvəzində futbolçunun sonrakı satışından əldə ediləcək təzminatın təxminən 50 faizinə sahib çıxacaq. “Real” 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək. İspaniya nəhəngi bununla üç il ərzində Lukanın məvacibinə görə təxminən 30 milyon avroya qənaət etmiş olacaq.
Luka Madrid klubuna 2019-cu ildə “Ayntraxt”dan (Frankfurt) təxminən 65-70 milyon avroya transfer olunub. 24 yaşlı hücumçu ötən müddətdə ağ formada iştirak etdiyi 51 oyunda yalnız 3 qol vurub.