• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasov Regekampfın səhv taktika seçdiyini düşünür - MÜSAHİBƏ

Müsahibə / Günün xəbəri

13-08-2022, 18:0

Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Rapid” və “Rapid” – “Neftçi” qarşılaşmaları tarixin yaddaşına köçdü.

Ölkənin ən köklü klubu Bakıda keçirilən ilk matçda əldə etdiyi minimal hesablı (2:1) qələbəni Vyanada qoruya bilmədi və avstriyalılar “doğma divarlar” arasında baş tutan görüşdən qalib (2:0) ayrılmaqla “ağ-qaralar”ı turnirdən kənarlaşdırdı. 180 dəqiqəlik mübarizədən sonra mütəxəssislər, idman mediası, azarkeşlər Laurentsiu Regekampfın komandasının oyununu təhlil edir, “ağ-qaralar”ın harda səhv etdiyini üzə çıxarmağa çalışır. Bəs görəsən, “Neftçi”ni ötən mövsüm vitse-çempion edən, çempionat başa çatandan sonra postundan uzaqlaşdırılan Samir Abasov sabiq komandasının çıxışı barədə nə düşünür? Bu suala cavab tapmaq üçün onunla danışmağa qərar verdik. Zəngimizi cavablayan Abasov həmişəki kimi öz ampluasında idi.

- Salam.
- Salam. Niyə “Neftçi” uduzan kimi məni axtarırsız?

- Axtarmayaq?
- Məni görmək istəyirsiz? Xəstəyə baş çəkən kimi, siz də mənə baş çəkin, yanıma gəlin. Qonağım olun, üzbəüz oturaq, həm futboldan, həm də sizi maraqlandıran başqa sahələrdən səhərə kimi söhbət edək.

- İnşallah, başqa vaxt gələrik. Ancaq indi uzaqdan olsa da, sabiq komandanızın oyunu barədə fikirlərinizi öyrənmək istəyirik.
- Ötən dəfə necə yazmışdız? “Odun qırmaq hara, Yunanıstan, Kipr hara?” İndi yazın ki, Samir Abasov kənddə fındıq yığır (gülür). Oyuna gəlincə, tam səmimi deyirəm, ikinci hissədən baxmağa başladım. Elə bir neçə gün öncə baş tutan “Ferentsvaroş” – “Qarabağ” görüşünü də fasilədən sonra izlədim.

- Elə oyunda əsas hadisələr fasilədən sonra yaşandı. “Neftçi” necə təsir bağışladı?
- Onu düz deyirsiz. Sonradan “CBC Sport”da matçın özətini izlədim. Rəqib ikinci yarıda sürəti bir qədər də artırıb, istədiyinə nail oldu. Bilirsiz, “Neftçi” harda uduzdu?

- Harda?
- Bakıdakı görüşün əlavə vaxtında. “Rapid” hesabı 2:1 edəndə siz futbolçuların, klub rəhbərliyinin sifətinə fikir verdiz? Elə vəziyyətə düşdülər ki, sanki oyunu 2:1 “Neftçi” yox, “Rapid” udmuşdu. Elə bil komandanı psixoloji cəhətdən sındırdılar. Cavab görüşündə də həmin psixoloji gərginlik sözünü dedi. Bakıda buraxılan qol komandada tərs sillə effekti yaratmışdı. Onu aradan qaldıra bilmədilər. Çox danışmaq istəmirəm. Danışacam, yenə özüm barədə neqativ fikirlər formalaşdıracam. Ən yaxşısı başqaları kimi “malalamaqdı”. Onda olursan yaxşı oğlan. Hər şeyi düz deyəndə sənə düşmən gözü ilə baxırlar.

- Sizə elə düz danışdığınıza görə hörmətlə yanaşırlar...
- Yox, Avropa səviyyəli məşqçi tam başqadı... Özümüz-özümüzü aldadırıq. Kənddə olduğuma görə medianı yaxından izləyə bilmirəm. Ancaq “CBC Sport” vasitəsilə bəzən oyunlara baxıram, verilişlərdə danışılanlara qulaq asıram. “Rapid” – “Neftçi” matçının şərhçisi Rüstəm Əfəsərli idi. O belə oyunun sonlarına yaxın komandanın yorulduğunu vurğuladı. İlk görüşdən sonra da verilişdə buna oxşar fikirlər səsləndirilmişdi. Jurnalistlər bunu gördüyü halda, məşqçilər korpusu görmür? Niyə onlardan bunun səbəbini soruşan yoxdu? Ayyarımdı kollektiv yeni baş məşqçinin rəhbərliyi altında hazırlıq keçir. Budu nəticəsi?

- Sizcə, “Neftçi” məhz fiziki cəhətdən hazır olmadığına görə “Rapid” səddini keçə bilmədi?
- Niyə ki? Hamı deyir, Mbocun müdafiənin sağ cinahında oynaması səhvdi. Lap yaxşı, mən də sizinlə razı. Niyə klub rəhbərliyi bu vaxta kimi sağ cinaha müdafiəçi almayıb? “Bu mərhələni də keç alarıq” zamanı geridə qalıb. Nəticə istəyirsənsə, vaxtında və düzgün transferlər etməlisən.

- Laurentsiu Regekampf oyunsonrası mətbuat konfransında ehtiyat oyunçular skamyasında təcrübəli futbolçuların olmadığını, bu üzdən əvəzetmələri bir qədər gec etdiyini söyləyib. Onun dediklərinə münasibətiniz?
- Nə demək olar? Azər Salahlı zədələnəndən sonra meydana Mərt Çəliki buraxdı. Lap yaxşı. Ancaq niyə 4-lüdən 5-li müdafiəyə keçmədi? Avropa səviyyəli məşqçi, yəqin ki, komandanın ötən mövsüm keçirdiyi oyunlara baxıb. Baxıbsa, bilməliydi ki, bu komanda 5-li müdafiəni də oynaya bilir. Mərti sağ cinahda oynadırsan, Mbocu çəkirsən mərkəzə, Yusuf Laval da müdafiənin sol cinahında. Laval ötən il bu mövqedə yetərincə oyun keçirib. 3 dayaq müdafiəçisi, Emin də hücumçunun arxasında. Görüm onda rəqib cinahlardan neçə asmalar edə bilərdi. Hər iki oyunda göründü ki, “Rapid”in müdafiəsi çox ləngdi. Bir qədər sürəti artıranda arxa xətt boşluqlar verirdi. Belədə istədiynə nail ola bilərdin. Vyanadakı matçda da bunu gördük. Tam səmimi deyirəm, indiki “Rapid” keçiləsi rəqib idi. Açığı, onları belə zəif gözləmirdim. Bəzən deyirlər ki, rəqib “dişimizə görə” idi. Bu “Rapid” ondan da oyanası idi.

RƏŞAD  

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

2-06-2022, 14:0

Samir Abasov "Neftçi"də qalır, yoxsa gedir? - ÖZƏL AÇIQLAMA

Manşet / Konfrans Liqası

7-08-2022, 15:0

"Neftçi" Vyanada bu məkanı seçdi - ÖZƏL

Konfrans Liqası

5-08-2022, 00:0

"Neftçi" "Rapid"ə belə qalib gəldi - VİDEO

Ölkə futbolu

12-06-2022, 09:0

Samir Abasov 61-ci oyunda dayandı - STATİSTİKA

Konfrans Liqası

12-08-2022, 10:0

"Rapid" - "Neftçi" matçının videoicmalı

Premyer-liqa

8-06-2022, 19:0

"Neftçi" Samir Abasovla yolları ayırdı

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə