• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Poçettino PSJ-dəki fəaliyyətindən razıdı - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

7-08-2022, 18:0

2021-ci ilin yanvarında PSJ-nin baş məşqçi vəzifəsinə təyinat alan Maurisio Poçettino bu postda ilyarım işləyə bildi.

Son mövsümün sonunda istefaya göndərilən argentinalı çalışdırıcı klubdakı fəaliyyətindən razıdı. O, son müsahibəsində bu fikrini konkret faktlarla izah edib. 50 yaşlı mütəxəssis Paris klubundan ayrılmasına əsas səbəb kimi Çempionlar Liqasında uğursuzluğu göstərib. Poçettino işdən qovulmasında Kilian Mbappenin rolu ola biləcəyi haqda sualı da cavablayıb.

- 20 il əvvəl PSJ-nin formasında oynamısız. Klubun bu müddətdə necə dəyişdiyi nəzərə çarpır?
- Mahiyyət əvvəli kimi qalır. Fanatlar, Paris, bu rənglər, bu futbolka. PSJ mənim üçün dünyanın ən yaxşı klublarından biridi. 20 il əvvəl PSJ-nin formasında Ronaldinyo, Anelka, Okoça və onlar kimi neçə-neçə yüksək səviyyəli futbolçunun çıxış etdiyini yaxşı xatırlayıram. Onlar klub üçün vacib fiqurlar idilər. Ötən müddətdə yalnız PSJ-dən gözlənilən titullar sırasına biri əlavə olunub. Bu, Çempionlar Liqasında, Çempionlar Liqasında və Çempionlar Liqasında qələbədi. Bu, indi klubda qazanılması vacib sayılan tituldu. Çempionlar Liqasında qələbədən başqa istənilən nəticə uğursuzluq sayılır.
- Komandadakı fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Biz işimizi şərəflə yerinə yetirdik, səylə çalışdıq. Amma “Real”la oyunun son dəqiqələrində bəxtimiz gətirmədi. Ötən il yarımfinala qədər irəlilədik. Mbappe “Mançester Siti” ilə ilk oyunda zədə aldı. Onunla birlikdə finala çıxa bilərdik, axı bunadək “Barselona” və “Bavariya”nı mübarizədən kənarlaşdırmışdıq. Başqa sözlə, yaxşı işlədiyimizi düşünürəm. Fəaliyyətimizi müsbət dəyərləndirirəm. Ola bilsin, çoxları belə düşünmür. Çünki hamı bizdən Çempionlar Liqasında qələbə gözləyirdi. Qazanılan təcrübədən həmişə yararlanmaq, ondan dərs almaq lazımdı. Biz rasional varlığıq, məhz belə düşünmək lazımdı. Məsələnin idman yönünə nəzər salsaq, komandadakı ilyarımlıq müddətdə fəaliyyət göstərməklə Fransa çempionluğunu, ölkə kuboku və superkubokunu qazandıq. Lakin, qeyd etdiyim kimi, PSJ-nin əsas planı Avropa arenasında qələbə qazanmaqdı. Çempionlar Liqasında qalib olmamısansa, mövsümü böyük uğurla başa vurmadığın hesab ediləcək. Belədisə, onda son mövsümdəki yox, 50 illik (klubun əsası 1970-ci ildə qoyulub – red.) uğursuzluqdan danışmaq lazımdı. Bəli, klub 10-11 il əvvəl hazırkı sahiblərin gəlişi ilə iddialarını yetərincə artırıb. Çempionlar Liqasında qələbə məhz hazırkı rəhbərliyin dövründə zərurətə çevrilib. Bu hədəfə çatılacağını düşünürəm. Ona görə ki, böyük uğur üçün lazımi imkanlar təmin olunub, lakin futbolda hərdən hər şey düşündüyün kimi alınmır. Nəzarət etməyin mümkün olmadığı amillər var. Ancaq PSJ hər il yeni cəhdə əl atmaqla, yəqin ki, əvvəl-axır əsas hədəfinə çatacaq.
- Ötən mövsümün 1/8 finalının “Real”la cavab oyununun son 30 dəqiqəsində başverənlər haqqında çox söz-söhbət dolaşdı. İndi isə PSJ-yə psixoloq cəlb edilməsinin mümkünlüyündən danışılır. Bu yaxınlarda Xorxe Valdano həmin 30 dəqiqənin futbol olmadığını söyləyib. Onun fikrincə, yarım saatlıq zaman kəsiyi psixoloji xarakterli nəsə, qorxu səhnəsi idi.
- Onda psixoloqa “Çelsi”, “Mançester Siti”, “Liverpul” və başqa komandaların da ehtiyacı var. Çempionlar Liqasının son mövsümlərinə nəzər salsaq, “Real”a qarşı oynayan bütün komandalara psixoloq xidməti lazımdı. Belə hesab edirəm ki, futbolda nəzarət edilməsi qeyri-mümkün olan vəziyyətlər yaranır. “Real”ın ilk qol epizodunda Benzemanın qapıçımız Donnarummaya qarşı kobud oynadığını düşünürəm. VAR otağında oturanlar həmin epizoda baxsaydılar, biz indi tam fərqli hadisədən, “Real”ın uğursuzluğundan danışardıq. Lakin bu epizod rəqibimizə əminlik, enerji verdi. Bizim də hardasa səhv etdiyimiz məntiqidi. Amma bu futboldu və futbolun təhlili çərçivəsindən kənara çıxmaq lazım deyil.
- PSJ və İngiltərə klublarının layihəsi arasında hansı fərqlər var?
- “Mançester Siti” və “Liverpul” kimi klublarda uzunmüddətli layihələrə inam nümayiş etdirilir və məşqçiyə şans verilir. Mən bunu həmişə müqayisə etməyə çalışıram. Biz PSJ ilə Liqa 1-də əsas izləyicimizi 15 xal fərqlə qabaqlamaqla çempion olduq. Çempionlar Liqasında mübarizəni “Real”a uduzmaqla dayandırırıq və təbii ki, problemlərin ortaya çıxacağını gözləyirik. “Siti” madridlilərə 5 dəqiqəyə 3 qol buraxaraq uduzub mübarizəni dayandırır, buna baxmayarq, növbəti həftə Holannı transfer edir. Rəhbərlik bu addımı ilə məşqçiyə daha bir şans verir. Ona vəziyyətdən çıxış yolu tapmaq və premyer-liqada qalib olmaq imkanı yaradır. Necə ki, PSJ qitə arenasında mübarizəni dayandırandan sonra Fransa çempionatında qalib gəldi. Layihələr müxtəlif olur. Məşqçisinə 7 il işləmək imkanı verən “Mançester Siti” nümunəsi var. Və məşqçidən dərhal ölkə çempionatında yox, Çempionlar Liqasında qələbə tələb edən PSJ də var. Bu, başqa nümunədi və mən bu reallığı qəbul edirəm. Bu, tənqid deyil. Parisə gələrkən burda uzun müddət işləmək üçün qitə arenasında uğur qazanmalı olduğumuzu bilirdik.
- Lionel Messinin komandada peyda olmasını necə qarşıladınız?
- Messinin PSJ-yə gələcəyi haqda xəbər mənim üçün xoş sürpriz idi. İndi onunla birgə işlədiyimi, Leonu yaxından gördüyümü deyə bilərəm. Vaxtilə Maradonanı görmüşdüm, indi isə mən argentinalı Messini də gördüm. Onunla bir ili birgə keçirdim. Əlbəttə, bu baxımdan bəxtim gətirib. Bu idman növünü sevənlər üçün ən yaxşılarla birlikdə işləmək Tanrının xeyir-duasıdı.
- Siz Mbappe ilə də işlədiz. Onun üçün hansı perspektivləri görürsüz? Artıq Kilian dünyanın ən yaxşı futbolçusu adlandırılır. Messi ilə Ronaldonu əvəzləyəcək yüksək səviyyəli futbolçu nəslinin başında onun adı çəkilir.
- Mənim üçün Leo Messi dünyanın ən yaxşı futbolçusudu. Buna şübhəm yoxdu. Aydın məsələdi ki, ondan sonra futbol tacına Mbappe iddia edəcək. Mənim üçün dünyanın ən yaxşı oyunçularından biri olan Neymar da var.
- PSJ-dən qovulmağınızda Mbappenin rolu ola biləcəyi ilə bağlı iddialara münasibətiniz necədi?
- Düşünürəm ki, PSJ Kilianı klubda saxlamaq üçün hər şeyi etməklə düzgün addım atdı. Rəhbərlik bu gün dünya futbolunun ən yaxşı oyunçularından biri olan Mbappeni qalmağa inandırmaq üçün bütün resurslarından istifadə etməliydi. Bununla belə, Mbappenin yeni baş məşqçi barədə qərar verən şəxs olduğunu düşünmürəm. Bu məsələləri prezident müəyyənləşdirir. Yalnız o, klubda yeni layihə ilə bağlı qərar verə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-07-2022, 16:0

Poçettino istefaya göndərildi

Dünya futbolu

25-06-2022, 20:0

Poçettinonun tələbi Qaltyenin təyinatını yubadır

Dünya futbolu

27-04-2022, 09:0

PSJ rəhbərliyi baş məşqçi haqda qərarını verdi

Dünya futbolu

2-07-2022, 12:0

PSJ-də yeni baş məşqçi

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə