Bu yay “Arsenal”ı birdən-birə 3 qapıçının tərk etməsi gözlənilir. Artıq onlardan biri yeni komandasına qoşulub.
Football-plus.az xəbər verir ki, İngiltərə mənbələrinin məlumatına görə, London klubunun yolları ayırmağı planlaşdırdığı əlcək sahibləri Bernd Leno, Runar Runarsson və Artur Okonkvodu. 30 yaşlı Leno son günlər “Fulhem”lə danışıq aparırdı. Tərəflər artıq 9,5 milyon avroluq məbləğdə transferə razılaşıblar. Almaniyalı futbolçu Londonun digər klubu ilə üçillik müqavilə imzalayıb. Leno “Arsenal”da 2018-ci ildən oynayırdı.
27 yaşlı Runarssonun “Kopenhagen”ə yollanacağı bildirilir. 20 yaşlı Okonkvonun isə icarəyə verilməsi nəzərdə tutulur.