“Arsenal” şənbə günü “Aston Villa” ilə matçda (1:0) əsas qapıçısından yararlana bilməyib.
Bunun səbəbi Aaron Remsdeylin zədələnməsi ilə bağlı olub. Nəticədə Bernd Leno yanvarın 9-dan sonra ilk dəfə qapını qorumaq imkanı qazanıb. Baş məşqçi Mikel Arteta bu mövsüm premyer-liqada 24 oyun keçirən Aaronun əzələ zədəsi səbəbindən bir neçə həftə oynaya bilməyəcəyini deyib.