Rusiya 1-ci Liqasında 2022/23 mövsümünə start verilib.
Football-plus.az xəbər verir ki, Tula “Arsenal”ı da yeni "futbol ilində" ilk matçına çıxıb.
Kamran Vəliyevin komandası “SKA-Xabarovsk”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 3:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Meydan sahiblərinin ikinci qolunu da azərbaycanlı futbolçu vurub. Gənclərdən ibarət yığmamızın sabiq hücumçusu 38-ci dəqiqədə keçmiş komandasını cəzalandırıb.