Kristof Qaltye PSJ-də intizamı gücləndirməyi lazım bilib. Baş məşqçi vəzifəsinə yenicə təyinat alan mütəxəssis artıq bir sıra yeni qaydaları oyunçulara açıqlayıb.
O, yemək zamanı telefondan istifadəni qadağan edib. “Ekip” qəzetinin yaydığı məlumata görə, 55 yaşlı məşqçi komandada daha bir yeni qayda tətbiq edib. Bundan sonra məşqə gecikmək cəzasız qalmayacaq. Kimsə üzürlü səbəb olmadan məşqə gecikəcəksə, hazırlığa buraxılmayacaq və evə yollanmalı olacaq.