Football-plus.az saytı olaraq gənc futbolçu ilə əlaqə saxlayıb gələcək karyerası ilə bağlı suala aydınlıq gətirdik:
"Dauqavpils"lə icarə müqaviləmin müddətini uzatmayaraq "Neftçi"yə qayıtdım. Hazırda mənim üçün ən xeyirli variant mütəmadi oynayacağım komandaya keçmək idi. Ona görə də "Şamaxı"nı seçdim. Mövsümün sonuna kimi bölgə təmsilçisində çıxış edəcəm. Qarşıma qoyduğum əsas məqsəd yaxın 1 ildə üzərimdə daha çox işləmək, hər oyunda iştirak etmək və "Şamaxı"nın əsas futbolçusuna çevrilməkdi".
ABDULLA İSMAYILOĞLU


