• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Legioner həyatı yaşamaq Asimin uşaqlıq arzusudu - MÜSAHİBƏ

Manşet / Müsahibə

6-07-2022, 17:0

Samir Abasov "Neftçi"yə rəhbərlik etdiyi dövrdə əvəzedici heyətdən bir çox gənc futbolçunu əsas komandaya cəlb etdi.

Onlardan biri də Asim Əlizadə idi. Müqavilə ilə "Neftçi"yə məxsus olan futbolçu hazırda Latviya çempionatında, konkret desək, "Dauqavpils"də çıxış edir. Onunla karyerası və başqa məsələlər ilə bağlı söhbət etdik.

- Futbola necə qədəm qoydun?
- Məhəllədə top qovmaqla. Uşaqlıqda bir dostum vardı. O, həm "Neftçi"nin uşaq komandasında çıxış edir, həm də bizimlə futbol oynayardı. Bir gün həmin dostumun atası oyunumu görərək "yaxşı futbol oynayırsan, niyə "Neftçi"in uşaq komandasına yollanmayasan?” dedi. Onun məsləhəti ilə "ağ-qaralar"ın akademiyasına getdim, oyunumu bəyəndilər və "Neftçi"li oldum. Eldəniz Məmmədovun rəhbərliyi altında çıxış etməyə başladım. Məhz onun sayəsində futbolun sirlərini öyrəndim, üzə çıxdım. Üzərimdə işləyib, yaşa dolduqca "ağ-qaralar"ın U-19 komandasına irəli çəkildim.

- Bəs "Neftçi"nin əvəzedici komandasına necə cəlb olundun?
- Mahmud Qurbanov "Neftçi-2"yə yeni baş məşqçi təyin olunmuşdu. Əvəzediciləri yenidən formalaşdırmaq istəyirdi. Bu məqsədlə tez-tez U-19-un oyunlarını və futbolçuları yaxından izləyirdi. Mənimlə yanaşı, bir neçə oyunçunu bəyənərək "Neftçi-2"yə cəlb etdi.

- Ölkə futbolunda "professor" ləqəbi ilə tanınan Mahmud Qurbanovu məşqçi kimi necə xarakterizə edərdin?
- Mahmud müəllim çox savadlı, tələbkar, futbolçulardan kömək və dəstəyini əsirgəməyən məşqçidi. Deyərdim ki, hazırda "Neftçi"nin əsas komandasında çıxış edən futbolçuların hamısını Mahmud müəllim üzə çıxarıb.

- Mahmud Qurbanov səni də əsas komandaya məsləhət bilib?
- Bunu dəqiq deyə bilmərəm. Çünki Samir Abasov vaxtaşırı əvəzedici komandaların oyunlarını izləyirdi. Mahmud müəllim isə məşqlərdə, oyunlarda özünü doğruldan futbolçuları həmişə əsas komandaya təklif edib.

- Samir Abasov məşqçi kimi necə qiyməyləndirərdin?
- Samir müəllim nəticə göstərməkdə iddialı, xarakterli məşqçidi.

- Bir az Latviyadakı çıxışından danışaq. Necə oldu ki, Baltikyanı ölkədə çıxış etmək qərarına gəldin?
- Daha çox oynamaq üçün yeni komanda axtarırdıq. İş elə gətirdi ki, agentimə "Dauqavpils"də çıxış etmək təklifi olundu və müsbət qiymətləndirib ilk dəfə legioner həyatına qədəm qoydum.

- İlk dəfə legioner həyatı yaşamaq necə hissdi?
- Yeni təcrübə, nəfəsdi.

- "Dauqavpils"in heyətində neçə oyuna çıxmısan?
- 10 qarşılaşmada iştirak etmişəm. Hesabımda bir məhsuldar ötürmə var.

- Bir az komandan haqda danışardın…
- Komandamızın heyəti əsasən gənclərdən qurulub. Amma çox döyüşkən, istəkli və mehriban kollektivimiz var. Latviyalı futbolçuların əksəriyyəti rus dilini bildiyinə görə bir-birimizi anlamaqda problem yoxdu.

- Latviya çempionatı ilə bizim premyer-liqa arasında fərq çoxdu?
- Azərbaycan premyer-liqası daha sürətli, texnikalı, yaradıcıdı. Latviya çempionatında isə daha çox döyüşkən futbola üstünlük verilir.

- "Dauqavpils"də səninlə birgə çıxış etmiş sabiq komanda yoldaşın Şakir Seyidov haqda nə deyə bilərsən?
- Şakir çox istəkli, zəhmətkeş, dəlisov futbolçudu (gülür). Həm meydanda, həm də həyatda yaxşı dostdu. Onun "Dauqavpils"dəki çıxışını yaxşı qiymətləndirirəm. Burda qalb davam edə bilərdi, amma "Turan Tovuz"u seçdi. Ona karyerasında uğurlar arzulayıram.

- Hazırda Latviya çempionatında çıxış edən ən yaşlı üç futbolçudan biri həmyerlimiz Vüqar Əsgərovdu. Onunla görüşürsən?
- Təəssüf ki, tez-tez görüşə bilmirik. O, başqa şəhərdə yaşayır.

- "Neftçi"nin formasında Azərbaycan çempionatında oynamısan. Səncə, son mövsümdə "Qarabağ" asan çempion oldu?
- "Qarabağ" Azərbaycan çempionatının ən güclüsüdü, buna şübhə ola bilməz. Amma deməzdim ki, "köhlən atlar" rahat çempion oldu. "Neftçi", "Zirə" və "Sabah" kimi klublar ağdamlılara bacardıqca müqavimət göstərdi.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Rumıniyalı Laurentsiu Regekampf “sükan arxasına” gətirildi. Səncə, ölkənin ən köklü klubuna əcnəbi baş məşqçinin təyinatı doğrudu?
- Gənc futbolçu kimi klub rəhbərliyinin işinə qarışmağım düz çıxmaz. Rəhbərlik əcnəbi baş məqşçiyə güvənirsə, deməli, belə məsləhətdi. "Neftçi"də əvvəllər də əcnəbi baş məşçilər çalışıb. Ona görə görə burda narahatlığa əsas verən nəsə görmürəm.

- Yeni baş məşqçi səninlə maraqlanıbmı? Ümumiyyətlə, müqaviləylə məxsus olduğun "ağ-qaralar" səni heyətinə qaytarmaqla bağlı əlaqə saxlayıb?
- Hələ ki "Neftçi"dən mənimlə bağlı bir xəbər gəlməyib. Bu işlərlə agentim məşğul olur. Yenilik olsa, mənə deyəcək.

- Yaxın günlərdə "Dauqavpils"lə müqavilənin müddəti bitir. Komanda sənə yeni müqavilə təklif edib?
- Xeyr. Açığı, karyerama, yaşayışıma görə harda futbol oynamaq xeyirlidisə, orda da davam edəcəm. Hazırda agentim bu işlə məşğuldu.

- Legioner həyatını davam etdirməkdə maraqlısan?
- Hər bir futbolçu istəyər ki, güclü çempionatlarda çıxış etsin. Mən uşaqlıqdan legioner həyatı yaşamağı, özümü inkişaf etdirməyi və ölkəmizi layiqincə təmsil etməyi arzulamışam. Amma bir məqam var: legioner həyatı yaşayaraq daim ehtiyatda qalacamsa, bunun heç bir faydası
yoxdu. Belədisə, öz vətənimdə ehtiyatda oturaram. İnanıram ki, yaxın vaxtlarda təkliflər arasından ən uyğun olanı seçəcəyik.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-04-2022, 18:0

Asimin komandası bərabərə qaldı

Ölkə futbolu / Manşet

2-07-2022, 17:0

“Latviyadakı 6 aylıq karyeramda ancaq xoş anlar yaşadım” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

2-06-2022, 14:0

Samir Abasov "Neftçi"də qalır, yoxsa gedir? - ÖZƏL AÇIQLAMA

Aktual
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
Son xəbərlər
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
Daha çox
Oxunub: 290
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə