"Milan" onu icarəyə verdi

18.07.2022 22:54 385
Dünya futbolu
"Milan" Mattia Kaldaranı “Speziya”ya icarəyə verib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu qarşıdakı bir ili icarə əsasında "Speziya"da keçirəcək.

2018-ci ildə “Yuventus”dan transfer olunan Kaldara “Atalanta” və “Venetsiya”da da icarədə oynayıb. “Trapani” və “Çezena”nın da şərəfini qorumuş futbolçu İtaliya millisində 2 oyuna çıxıb.