Əfran İsmayılov karyerasını "Kəpəz"də davam etdirəcək.
Football-plus.az xəbər verir ki, Gəncə təmsilçisi rəsmi açıqlamasa da, millimizin üzvü "sarı-göylər"in düşərgəsindədi.
Əfran premyer-liqaya yeni yüksələn klubla 1 illik müqavilə imzalayacaq. Redaksiyamıza yarımmüdafiəçi ilə bağlı maraqlı məlumat daxil olub. Millimizin sabiq üzvü Gəncə təmsilçisinə keçməyə peşman olub.
"Kəpəz"dəki şəraitdən və məşqlərdən narazı olan Əfran yaxın ətrafına "Rauf başımı aldatdı. Gül kimi məşqçi olacaqdım. Onun xətrinə Gəncə klubuna gəldim. Burda vəziyyət yaxşı deyil. Məşqlər də sovet dövründən qalma sistemlə keçirilir", - deyə şikayətçi olub.
Qeyd edək ki, karyerası ərzində 288 matçda 46 qol vurub, 18 assist edib.
İLKİN SULTANLI