6-cı dəfə icarəyə verildi

3.07.2022 21:45 464
Dünya futbolu
Din Hendersonla bağlı yayılan xəbər rəsmi təsdiqini tapıb.

“Mançester Yunayted” qapıçısını “Nottingem Forest”ə icarəyə verib.

Qeyd edək ki, Nottingem klubu ötən mövsüm 1999-cu ildən sonra ilk dəfə premier-liqaya yüksəlib. MY İngiltərə millisinin də üzvü olan Hendersonu 6-cı dəfə icarəyə verib: 25 yaşlı əlcək sahibi daha əvvəl bu status ilə “Stokport”, “Qrimsbi Taun”, “Şrüsberi” və iki dəfə “Şeffild Yunayted”in qapısını qoruyub.