Bu şəhər Azərbaycan futbolunun təlim-məşq mərkəzinə çevrilir

23.06.2022 17:53 892
Aktual / Günün xəbəri
Premyer-liqanın yeni mövsümünə hazırlıqda canfəşanlıq hiss olunsa da, 1-ci divizionda sakitlikdi.

Düzdü, burda çıxış edən bütün klublarla mütəmadi əlaqə saxlayıb, məlumat alırıq. Lakin komandalar hələ istirahətdədi.
Hamıya bəllidi ki, 2022/23 mövsümündə 1-ci divizionda 3 yeni klub çıxış edəcək. Söhbət “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir”dən gedir.

“Nur şəhəri” təmsilçisi ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumat klubla bağlı deyil. Gənclər və İdman Nazirliyi Mingəçevir şəhərinin potensialından istifadə etmək niyyətindədi. Belə ki, qurum adıçəkilən bölgədəki stadionu əsaslı təmir etdirmək istəyir. Əsası 1953-cü ildə qoyulan Yaşar Məmmədzadə adına arenanın tutumu 5 mindi. Lakin stadionun ərazisi olduqca genişdi. Nazirlik burda klublarımız üçün təlim-məşq bazası yaratmaq niyyətindədi. Yəni yaxın gələcəkdə 1-ci divizionda, Region Liqasında çıxış edən, hətta premyer-liqada maliyyəsi aşağı olan komandalar burda rahat hazırlıq keçəcəklər. Bu layihə qurum rəhbərləri tərəfindən müzakirə olunub. Bazanın inşasının 3-4 ilə başa çatdırılması gözlənilir.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul